Rüfət Dadaşov 90 dəqiqə oynadı, 4 qola üzüldü

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 31-ci turu çərçivəsində baş tutan “Videnbrük” ilə matçın iştirakçısı olub.

“Şalke” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.

Son oyunları zədə səbəbindən buraxmış Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb. O, sonadək oynayıb. Lakin cari mövsümdə 10 qol vurmuş 31 yaşlı forvard bu dəfə fərqlənə bilməyib.

“Şalke”nin ikinci komandası bu nəticədən sonra 45 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: