Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 23-cü turu çərçivəsində baş tutan “Kaan-Marienborn” ilə matçın iştirakçısı olub.
“Şalke” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 9 qol vurmuş 31 yaşlı forvard bu dəfə fərqlənə bilməyib.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 34 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.


