Futzal üzrə dünya çempionatının (DÇ-2024) elit-raund mərhələsi çərçivəsində keçiriləcək Rumıniya – Azərbaycan oyununa təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, sentyabrın 15-də Rumıniyada baş tutacaq bu görüşü sloveniyalı ədalət təmsilçiləri idarə edəcəklər.
“Romeo Lamandi”də təşkil olunacaq və saat 19:30-da başlayacaq Rumıniya – Azərbaycan matçında bu hakimlər iş başında olacaqlar:
Hakimlər: Admir Zahoviç, Aleş Moçnik Periç, Deyan Veseliç
(Hamısı Sloveniya).
Hakim-inspektor: Angelo Qalante (İtaliya).
UEFA nümayəndəsi: Zoran Dimiç (Serbiya) .


