Runi: “O, sonda “Liverpul”da qalsa, mən təəccüblənmərəm”

“Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi “Liverpul”un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldla bağlı açıqlama verib.

Arena.az xatırladır ki, Aleksander-Arnoldun cari mövsümün sonunda “qırmızılar”la əmək müqaviləsinin bitməsilə Madrid “Real”ına keçəcəyi haqda xəbər yayılıb.

Ueyn Runi bu xəbərlərə belə şərh verib: “Aleksander-Arnold “Real”la hələ müqavilə imzalamayıb. Əgər o, sonda “Liverpul”da qalsa, mən təəccüblənmərəm”, deyə veteran futbolçu vurğulayıb.

“Liverpul”un keçmiş müdafiəçisi, hazırda isə futbol təhlilçisi olaraq çalışan Ceymi Karrager də 26 yaşlı ingiltərəli sağ cinah müdafiəçisi Trent-Aleksander Arnoldun “Real”a gözlənilən keçidi ilə bağlı fikrini açıqlayıb:

“O, yerli oğlandır, ömrünün 20 ilini burada keçirib. Düşünmürəm ki, o, havayı gedəcək – bu, yaxşı xəbərdir. Elə, azarkeşlər də belə düşünürlər, inanın”, deyə Karrager vurğulayıb.