Futbol üzrə Misir milli komandasının baş məşqçisi, Portuqaliyadan olan 53 yaşlı mütəxəssis Ruy Vitoriya istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Misir Futbol Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bu qərar Afrika Millətlər Kubokunun yekunlarına əsasən qəbul edilib. Portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi Misir millisi sözügedən turnirdə 1/4 finala yüksələ bilməyib. Komanda 1/8 finalda Konqo Demokratik Respublikası ilə oyundan məğlubiyyətlə ayrılıb. Belə ki, əsas və əlavə vaxtı 1:1 hesabıyla bitən matçın alibi penaltilər seriyasında müəyyənləşib. 7:8 hesabıyla uduzan Misir mübarizəni dayandırıb.
Xatırladaq ki, Ruy Vitoriya 2022-ci ilin iyul ayından Misir millisinə rəhbərlik edirdi. Onun Misir yığması ilə müqaviləsi 4 illik idi. Vitoriyanın rəhbərliyi altında bütövlükdə 18 oyun keçirmiş misirlilər 2 məğlubiyyətə üzülüblər, 4 heç-heçə ediblər, 12 qələbəyə seviniblər.
Vitoriya daha öncə “Spartak” (Moskva), “Əl-Nəsr”, “Benfika”, “Vitoriya” (Gimaraynş), “Pasuş de Ferreyra”, “Fatima”, “Vilafrankense” kimi klublarda da baş məşqşi kimi çalışıb.


