“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu braziliyalı mərkəz müdafiəçisi Qustavo Moreno de Françanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qustavo Moreno de França peşəkar karyerasına Braziliyanın “Nasional Atletiko” klubunda başlayıb. O, 2021-ci ildən Portuqaliyanın “Leyksoeş” klubunda forma geyinirdi.
“Səbail” daha öncə Emil Martinov, Qoba Zakpa və Luvaqa Kizitonu da heyətinə qatmışdı. Yerli futbolçulardan isə Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənli, Emin Zamanov və Rafael Məhərrəmli transfer edilib. Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov, Hüseynəli Quliyev və Rahid Əmirquliyevlə də yeni müqavilə imzalanıb. Əvəzində Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Mirsahib Abbasov, Rauf Əliyev və Məhəmməd Mirzəbəyov komandadan ayrılıb.


