“Səbail” İbrahim Aslanlı ilə də vidalaşdı

Səbail” müdafiəçisi İbrahim Aslanlı ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, müqavilə müddətinin sona çatması ilə əlaqədar futbolçuyla yolların ayrılması barədə qərar qəbul edilib. “Səbail” PFK İbrahimə gələcək karyerasında uğurlar arzu edib.

İbrahim Aslanlı 2021-ci ilin iyulundan “Səbail”də çıxış edirdi. 26 yaşlı futbolçu geridə qalan mövsümdə “dənizçilər”in heyətində cəmi 9 matça çıxıb və 1 qola imza atıb. “Qarabağ”ın yetirməsi olan İbrahim, peşəkar karyerasına “Zirə”də başlayıb.

“Səbail” daha öncə Nikolas Raysel, Domantas Şimkus və Elxan Əhmədovla da yollarını ayırmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: