Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” yarımmüdafiəçisi Səbuhi Abdullazadə ilə davam etməkdə olan müqaviləni yeniləyib. Arena.az xəbər verir ki, bu barədə elita klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 21 yaşlı futbolçu ilə 2025/26 mövsümünün sonuna qədər anlaşma əldə olunub.
Xatırladaq ki, Səbuhi Abdullazadə futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında qədəm qoyub. O, 15 yaşı olarkən, 2017/18 mövsümündə Premyer Liqada debüt edib (14-cü tur, “Kəpəz” – “Sumqayıt” 0:3; 02.12.2017). Premyer Liqada ümumilikdə 79 oyun keçirən yarımmüdafiəçi 1 dəfə qol vurmağa da müvəffəq olub.
Abdullazadə Azərbaycanın U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının da uğurları üçün çalışıb.


