“Şəfa” Azərbaycan Kubokunda növbəti mərhələyə yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1-ci təsnifat mərhələsi çərçivəsində daha bir oyun keçirilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün ikinci görüşü “Şəfa” və “Saatlı-Araz” komandaları arasında baş tutub.

Qarşılaşma birincilərin qələbəsi ilə bitib. “Şəfa” 2-ci təsnifat mərhələsində “Difai” ilə qarşılaşacaq.

Xatırladaq ki, daha əvvəl “Şahdağ Qusar” “Kür-Araz”ı məğlub etməklə (3:1) “Araz-Naxçıvan”a rəqib olub.

Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinin digər matçları 13-14 oktyabrda gerçəkləşəcək.

Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
12 oktyabr

“Şəfa” – “Saatlı-Araz” 2:0
Qollar: Elvin Nəsibov, 9. Elçin Rəhimli, 34.
Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Nurlan Əhmədzadə, Maqsud Şamıyev.
Bakı. “ASK Arena”.

Şəfa: 13. Əli Həsənli, 21. Novruz Məmmədov (k), 88. Aqşin Paşayev, 6. Ceyhun Cavadov, 28. Ülvi Quliyev, 17. Hüseyn Əliyev, 34. Elmin Əskərli, 7. Elvin Nəsibov, 8. Elçin Rəhimli, 27. Gülalı Mehrəliyev, 97. Cavad Bağırov.
Ehtiyat oyunçular: 12. Rafiq Həsənov, 25. Qərib İbrahimov, 9. Röyal Nəcəfov, 70. Elgün Abbaslı, 32. Elməddin Hüseynzadə, 77. İbrahim Aslanlı, 11. Nurlan Şabanov, 10. Rauf Məhərrəmov, 99. Muhəmməd Məmmədli, 18. Rəsul Əliyev, 2. Ratmir Kavtunov.
Baş məşqçi: Nadir Əliyev.

Saatlı-Araz: 1. Ümid Cəfərov, 9. Nurlan İsayev, 19. Rəsul İbrahimov, 7. Xəyal Bədirov (k), 5. Qurban Hüseynov, 15. Cavid Əliyev, 11. Kamran Yolçuyev, 6. Həmzə Əliyev, 44. Ramiz Qasımov, 4. Loğman Əliyev, 14. Abdulla Köngülov.
Ehtiyat oyunçular: 60. Tural Abbaszadə, 12. Teymur Hüseynov, 22. Tanrıverdi Məhərrəmli, 10. Zaur Fərzəliyev, 8. Ramin Süleymanov, 66. Turqut Mustafazadə, 24. Ülvi Əvəzov, 49. Pərviz Eyvazov.
Baş məşqçi: Şəhriyar Məmmədov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: