“Şəfa” eyni vaxtda iki yoxlama oyunu keçirdi

2026/2027-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” yay təlim-məşq toplanışında son 2 yoxlama matçını keçirib.

Arena.az xəbər verir ki, ilk oyunda “Neftçi”nin əvəzediciləri ilə qarşılaşmış komanda 2:1 hesablı qələbə qazanıb.

Digər görüşdə isə paytaxt təmsilçisi “Qarabağ”ın ikinci komandası ilə üz-üzə gəlib. Sözügedən qarşılaşmada birincilər 3:0 hesabı ilə qalib gəliblər.

Matçlar müvafiq olaraq “Neftçi” Futbol Mərkəzində və “Masazır Arena”nın ehtiyat meydanında baş tutub. Eyni vaxtda baş tutan hər iki oyunda məşqçilər iki fərqli heyəti sınaqdan keçiriblər.

Bununla da “Şəfa” təlim-məşq toplanışı çərçivəsindəki oyunları məğlubiyyətsiz tamamlayıb. Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv daha əvvəl “Araz-Naxçıvan”a qalib gəlib (2:0), “İmişli” (2:2) və “Qəbələ” (1:1) ilə heç-heçə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: