Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Şəfa” və “Araz-Naxçıvan” komandaları bu gün yoxlama oyunu keçiriblər.
Arena.az xəbər verir ki, sözügedən komandalar Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında üz-üzə gəliblər.
Görüş paytaxt komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Zaur Həşimovun komandasının qollarını Musa Quel və İsmayıl Zülfüqarlı vurublar.
Xatırladaq ki, “Şəfa” buna qədər “İmişli” (2:2) və “Qəbələ” ilə (1:1) də yoxlama oyunları keçirmişdi. “Araz-Naxçıvan” isə “İmişli” ilə bərabərə qalmış (1:1), əvəzedicilərdən ibarət komandasına qalib gəlmişdi (11:2).
2025/2026-cı illər mövsümündə Birinci Liqanın çempionu olaraq Azərbaycan Premyer Liqasına vəsiqə qazanmış “Şəfa” ilk turda “Zirə”nin qonağı olacaq. “Araz-Naxçıvan”ı isə startda “İmişli” ilə ev oyunu gözləyir.


