Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın Türkiyənin “Manisa” komandasının heyətində ilk rəsmi matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 18-ci turu çərçivəsində baş tutan “Kocaelispor”la oyunun iştirakçısı olub.
“Manisa” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Taşkın bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Bu, onun yenicə müqavilə bağladığı Manisanın eyniadlı klubundakı ilk rəsmi olub.
Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan azad agent kimi keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var.
18 turdan sonra “Manisa” 22 xalla 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.


