Futbol üzrə Azərbaycan Premyer Liqasının sonuncu qalibi olan “Sabah” klubu fransalı cinah hücumçusu Aaron Maluda ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu İsveçrənin “Bazel” klubuna transfer olunub. Azərbaycan çempionu oyunçunun satışından 2,7 milyon avro gəlir əldə edib. Maluda yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, Aaron Maluda ötən ilin sentyabr ayından “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində ümumilikdə keçirdiyi 31 oyunda 9 qola imza atıb, 5 məhsuldar ötürmə müəllifi olub.
Azərbaycan klubu Aaron Maludaya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Aaron Maluda Fransanın “Olimpik” (Lion) klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Olimpik” (Nim) klublarının ikinci və əsas komandalarında oynayıb. Vinger Fransanın U-19 millisinin də üzvü olub.
Onu da qeyd edək ki, Aaron Fransa yığmasının və İngiltərənin “Çelsi” klubunun veteran futbolçusu, ötənlərin tanınmış siması Floran Maludanın oğludur.


