“Sabah” – “Neftçi” oyununda azarkeş rekordu

Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sabah” – “Neftçi” oyununda azarkeş rekordu qeydə alınıb.

Arena.az xəbər verir ki, bu barədə “bayquşlar”ın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, matçı 6600 tamaşaçı stadiondan izləyib. Bu da Azərbaycan kubokunun 2024/2025-ci illər mövsümünün ən yüksək göstəricisidir.

Oyuna gəlmiş tamaşaçılar arasında Azərbaycanla yanaşı, Polşa, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, İndoneziya və Rusiya vətəndaşları da olub.

Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə 2:1 hesabı ilə qalib gəlmiş “Sabah” finalda “Qarabağ”ın rəqibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: