Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sabah” – “Qarabağ” matçı meydan sahiblərinin 1:7 hesablı məğlubiyyəti ilə başa çatdı.
Arena.az Masazırda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Kuboku
1/4 finalın ilk oyunu
30 yanvar
“Sabah” – “Qarabağ” 1:7
Qollar: Jesse Sekidika, 63 – Hamidu Keyta, 20. Olavio Juninyo, 28; 55. Nəriman Axundzadə, 45+3. Abdullah Zubir, 77; 90+3. Adama Diakabi, 87.
Sarı vərəqələr: Davit Volkov, 49 (qeyri-idman hərəkəti) – Bədavi Hüseynov, 12 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 5 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 19:00. “Bank Respublika Arena”. 1575 tamaşaçı.
Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Sabah: 55. Nicat Mehbalıyev (1. Yusif İmanov, 31), 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva (10. Namiq Ələsgərov, 46), 24. Maruan Hadudi (5. Rəhman Daşdəmirov, 46), 44. Sofian Çakla, 18. Davit Volkov (27. Jarl Marqarita, 62), 70. Jesse Sekidika, 19. Emmanuel Apeh (14. İshak Belfodil, 62).
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 7. Boyan Letiç, 28. Kahim Parris, 12. Vensan Till.
Baş məşqçi: Murad Musayev.
Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k) (29. Marko Veşoviç, 64), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə (11. Adama Diakabi, 84), 10. Abdullah Zubir, 17. Hamidu Keyta (15. Leandro Andrade, 78), 8. Marko Yankoviç (20. Riçard Almeyda, 64), 18. Olavio Juninyo (27. Toral Bayramov, 64), 2. Mateus Silva, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.


