“Sabah”ın U-19 komandası Mançester səfərində

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) bu gün UEFA Gənclər Liqasının Liqa mərhələsində ilk matçını keçirəcək.

Arena.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu komanda səfərdə “Mançester Yunayted”in qonağı olacaq.

Qarşılaşma İngiltərənin Li şəhərindəki “Li Sports Villic” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Görüşü Belçikadan olan FIFA referisi Simon Burdodui idarə edəcək.

Qeyd edək ki, “Sabah”ın U-19 komandası tarixində ilk dəfə UEFA Gənclər Liqasının əsas mərhələsində iştirak hüququ qazanıb. Bu, Azərbaycan çempionu olmuş paytaxt klubunun əsas komandasının UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması sayəsində gerçəkləşib.

“Sabah”ın U-19 komandası bu turnirdə “Barselona”, “Vilyarreal” (hər ikisi İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Slaviya” (Çexiya) və “Vikinq” (Norveç) komandaları ilə mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: