“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasına 0:5-lə başladı

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) bu gün UEFA Gənclər Liqasının Liqa mərhələsində ilk matçını keçirib.

Arena.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu komanda səfərdə “Mançester Yunayted”in qonağı olub.

Qarşılaşma İngiltərənin Li şəhərindəki “Li Sports Villic” stadionunda baş tutub. Görüşü Belçikadan olan FIFA referisi Simon Burdodui idarə edib. Oyun Azərbaycan çempionunun ağır məğlubiyyəti ilə başa çatıb – 0:5.

Qeyd edək ki, “Sabah”ın 19 yaşlıları tarixində ilk dəfə UEFA Gənclər Liqasının əsas mərhələsində iştirak hüququ qazanıb. Bu, Azərbaycan çempionu olmuş paytaxt klubunun əsas komandasının UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması sayəsində gerçəkləşib.

“Sabah”ın U-19 komandası bu turnirdə “Barselona”, “Vilyarreal” (hər ikisi İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Slaviya” (Çexiya) və “Vikinq” (Norveç) komandaları ilə də qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: