Sadio Mane “Real”a gəlir?

Almaniya çempionu “Bayern”in 31 yaşlı seneqallı hücumçusu Sadio Mane karyerasını Madrid “Real”ında davam etdirə bilər.

Arena.az xəbər verir ki, bu barədə məsələni diqqətdə saxlayan jurnalist-insayder Rudi Qaletti bildirib.

Mənbədən alınmış məlumata görə, “Real” mümkün transferi istisna etmir. “Kral klubu” bu yaxınlarda Marko Asensio ilə yollarını ayırandan sonra hücumun dərinliyini öhdəsinə götürə biləcək oyunçu axtarışındadır.

Əks tərəfdə də vəziyyət bu transferə imkan verir. Belə ki, “Bayern” də Sadio Manenin satışında maraqlıdır. Hücumçu komandanın baş məşqçisi Tomas Tuxelin oyun fəlsəfəsinə uyğun gəlmir. Madriddə Sadio Manenin yüksək səviyyəyə qayıda biləcəyinə hələ də inanırlar.

2022/2023 mövsümündə Sadio Mane “Bayern”in heyətində 38 oyuna çıxıb. O, bu oyunlarda 6 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib, komandası ilə Bundesliqanı qazanıb.

“Transfermarkt” internet-portalı hücumçunu 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: