Şahmat: Kişilərdən ibarət millimiz büdrədi, qadınlar…

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil edilmiş 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.

Arena.az xəbər verir ki, bu gün turnirdə 4-cü turun görüşləri baş tutub.

Azərbaycanın kişilərdən ibarət milli komandası hesabat turunda Çexiya yığması ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə bitib – 2:2.

Qadınlar isə İngiltərədən olan rəqibləri ilə münasibətlərə aydınlıq gətiriblər. Yığmamız 2,5:1,5 hesabı ilə qalib gəlib. Yalnız Gövhər Beydullayevə partiyasını qələbə ilə başa vurub. Digər qarşılaşmalar bərabərliklə yekunlaşıb.

Xatırladaq ki, faha əvvəl kişilərdən ibarət millimiz Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1) məğlub etmişdi. Qadınlardan ibarət yığmamız isə əvvəlki turlarda Qvatemala, Danimarka (hər ikisi 4:0) və İsveç (2,5:1,5) üzərində qələbəyə sevinmişdi.

İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarət olacaq. Yarıışa sentyabrın 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: