Şahmat Olimpiadası: 7-ci turda bir qələbə, bir məğlubiyyət

Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunmuş sayca 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

Arena.az xəbər verir ki, bir günlük fasilədən sonra bu gün 7-ci turun görüşləri keçirilib.

Bu turda həm kişilərdən, həm də qadınlardan ibarət millimiz Qazaxıstanla qarşılaşıb. Kişilərdən ibarət yığmamız turu qələbə ilə başa vurublar. Aydın Süleymanlı və Məhəmməd Muradlı bu tur rəqiblərini məğlub ediblər. Nicat Abbasovla Rauf Məmmədov isə heç-heçəylə kifayətləniblər.

Azərbaycan – Qazaxıstan 3:1
Aydın Süleymanlı – Denis Maxnev 1:0
Nicat Abasov – Kazıbek Noqerbek 0,5:0,5
Rauf Məmmədov – Alişer Süleymanov 0,5:0,5
Məhəmməd Muradlı – Ramazan Jalmaxanov 1:0

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi isə eyni hesabla uduzub. Günay Məmmədzadə və Gövhər Beydullayeva heç-heçə oynayıblar. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova isə məğlubiyyətlə barışmalı olublar.

Azərbaycan – Qazaxıstan 1:3
Günay Məmmədzadə – Bibisara Assaubayeva 0,5:0,5
Ülviyə Fətəliyeva – Meruert Kamalidenova 0:1
Gövhər Beydullayeva – Kseniya Balabayeva 0,5:0,5
Gülnar Məmmədova – Alua Nurman 0:1

Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası sentyabrın 23-də başa çatacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: