Şahmat Olimpiadası: İsveçrə üzərində qələbə, yunanlarla heç-heçə

Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunmuş sayca 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

Arena.az xəbər verir ki, bu gün 9-cu turun görüşləri keçirilib.

Kişilərdən ibarət komandamız Yunanıstanla üz-üzə gəlib. Yığmamız ötən turda İtaliya ilə olduğu kimi, bu dəfə də xalları yarı bölüb – 2:2. Aydın Süleymanlı məğlub olduğu halda Rauf Məmmədov rəqibi üzərində qələbə qazanıb. Şəhriyar Məmmədyarovla Məhəmməd Muradlı isə partiyanı heç-heçə başa vurublar.

Qadınlardan ibarət millimiz isə İsveçrə ilə qarşılaşıb. Rəqibə heç bir şans verməyən şahmatçılarımız bütün lövhələrdə qələbə qazanıblar.

Ümumdünya Şahmat Olimpiadası
9-cu tur
20 sentyabr

Kişilər
Yunanıstan – Azərbaycan 2:2
Nikolas Teodoro – Aydın Süleymanlı 1:0
Stamatis Kourkulos-Artidis – Rauf Məmmədov 0:1
İonnis Papayoanu – Şəhriyar Məmmədyarov 0,5:0,5
Andreas Kelires – Məhəmməd Muradlı 0,5:0,5

Qadınlar
İsveçrə – Azərbaycan 0:4
Aleksandra Kostenyuk – Günay Məmmədzadə 0:1
Lena Georgesku – Ülviyyə Fətəliyeva 0:1
Sofiya Xrızlova – Gövhər Beydullayeva 0:1
Mariya Manko – Xanım Balacayeva 0:1

Xəbəri sosial şəbəkələrdə paylaş: