Şahmat Olimpiadası: Kuba və Monqolustan üzərində qələbə

Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunmuş sayca 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

Arena.az xəbər verir ki, bu gün 10-cu turun görüşləri keçirilib.

Kişilərdən ibarət komandamız Kuba ilə üz-üzə gəlib. Yığmamız 3:1 hesabı ilə qələbə qazanıb. İki lövhədə qalib gələn şahmatçılarımız iki lövhədə də xalları yarıya bölüblər. Aydın Süleymanlı ilə Rauf Məmmədov rəqiblərinə qalib gəliblər.

Qadınlardan ibarət millimiz isə Monqolustanla qarşılaşıb. Görüş təmsilçilərimizin üstünlüyü ilə başa çatıb. Bu qələbə ölkəmizi 9-cu pilləyə yüksəldib.

Ümumdünya Şahmat Olimpiadası
10-cu tur
21 sentyabr

Kişilər
Azərbaycan – Kuba 3:1
Aydın Süleymanlı – Karlos Albornos 1:0
Nicat Abasov – Luis Kesada 0,5:0,5
Rauf Məmmədov – Dilan Berdaes 1:0
Məhəmməd Muradlı – Omar Almeyda 0,5:0,5

Yığmamız daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya (2:2) və Yunanıstanla (2:2) isə heç-heçəyə razılaşıb.

Qadınlar
Azərbaycan – Monqolustan 2,5:1,5
Günay Məmmədzadə – Munxzul Turmunx 0,5:0,5
Ülviyyə Fətəliyeva – Batxuaq Munquntul 1:0
Gövhər Beydullayeva – Davademberel Nomin-Erdene 1:0
Xanım Balacayeva – Bat-Erdene Munzunqul 0:1

Qadınlardan ibarət zəka sahiblərimiz daha əvvəl Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1), Vyetnam (2,5:1,5) İsveçrədən (4:0) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib (2:2), Qazaxıstana isə yenilib – 1:3.

Xəbəri sosial şəbəkələrdə paylaş: