“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev futbol üzrə Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib. Arena.az xəbər verir ki, onun yubileyi 28-ci turun “Neftçi” ilə matçına təsadüf edib.
Qolkiper 4:1 hesablı qələbədə 85-ci topunu buraxıb.
Məhəmmədəliyev Premyer Liqada 2013/14 mövsümündə “Sumqayıt”ın heyətində debüt edib. O, bu komandada 33 oyunda 49, “Qarabağ”dakı 67 matçda 35 qol buraxıb.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 16-cı turun “Sumqayıt”la təxirə salınan matçında “Qarabağ”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 100-cü oyununu keçirmişdi.


