Səudiyyə Ərəbistanının idman naziri Şahzadə Abdel Əziz bin Turki Əl Feysal ölkəsinin dünya çempionatını keçirmək imkanlarından söhbət açıb.
Arena.az BBC-yə istinadən məlumat verir ki, nazir FIFA-nın 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək iddiasında əksər ölkələrin ərizə verməsinin qarşısını almış və Səudiyyə Ərəbistanını rəqibsiz qoymuş FIFA-nın sürətli prosesindən danışıb.
Nazir FIFA rəhbərliyinin ölkəsinin qalib gəlməsinə yol açdığına dair hər hansı təklifi rədd edir:
“Bu, sadəcə bir nəzəriyyədir. Baxmaq lazımdır ki, futbolun nə faydası var. Hamı qaydaları aydın şəkildə ortaya qoydu. Proses zamanı heç kim onlara etiraz etmədi. Ona görə də FiFA tərəfindən heç bir şəffaflığın olmadığını düşünmürəm. Biz bunu etməyə hazır idik, digərləri isə ola bilər ki yox. Bizim təqsirimiz deyil.
125-dən çox federasiyanın Səudiyyə Ərəbistanının ərizəsini dəstəklədiyi bəyanatından da göründüyü kimi… dünya da 2034-cü il çempionatına ev sahibliyi etməyimizi istəyir”, deyə şahzadə bildirib.


