“Şalke” azarkeşlərinin qeyri-idmani davranışına görə cərimələndi

Almaniya İkinci Bundesliqasında çıxış edən “Şalke” klubu komandanın azarkeşlərinin qeyri-idman davranışına görə cərimələnib.

Arena.az bu barədə Alman Futbol İttifaqının (DFB) mətbuat xidmətinə istinadən məlumat verir.

“Alman Futbol İttifaqının (DFB) İdman Tribunalı Almaniya Nəzarət Komitəsinin 10 dekabr 2023-cü il tarixində “Hanza Rostok”la səfər səfər oyununda azarkeşlərin qeyri-idman davranışına görə ittiham aktından sonra “Şalke-04” klubunu 64600 avro məbləğində cərimələyib.

Tribunada hadisələr birinci hissənin əvvəlində və həmçinin bitməsinə az qalmış baş verib. Onların hər biri oyunda fasilələrə səbəb olub.

Klub cərimənin bir hissəsini (21500 avroya qədər) təhlükəsizlik tədbirlərini gücləndirmək və ya zorakılığın qarşısını almaq məqsədilə yönləndirə bilər.

“Şalke” qərarla razılaşıb və bununla da o qüvvəyə minib”, – klubun mətbuat xidməti məlumat yayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: