“Şalke” Bundesliqaya yeni baş məşqçi ilə qayıdır

Almaniyanın “Şalke” komandasının yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, yeni mövsümdən əsas Bundesliqada oynamaq hüququ qazanan komanda Frank Kramerə tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Frank Kramer bu postda Dimitrios Qrammozisi əvəz edib.

Xatırladaq ki, “Şalke” bir illik fasilədən sonra yenidən əsas Bundesliqaya yüksəlib. Belə ki, ikinci Bundesliqada keçirdiyi 34 oyuna 65 xal toplayan komanda elitaya çempion kimi qayıdıb.

Frank Kramerə gəlincə, almaniyalı məşqçinin sonuncu iş yeri “Arminiya” olub. 50 yaşlı mütəxəssis daha öncə “Fortuna” (Düsseldorf) və “Qroyter”in də baş məşqçisi olub. O, həmçinin Almaniyanın U-18, U-19 və U-20 yığmalarına da rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: