Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi İngiltərənin “Mançester Siti” klubundan Ko İtakuranı icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtakura 2021/22 mövsümünün sonuna qədər “Şalke”də çıxış edəcək.
Yaponiya milli komandasının da üzvü olan İtakura 2019-cu ildən “Mançester Siti”də çıxış edir. Yarımmüdafiəçi ötən mövsümü icarə əsasında Niderlandın “Qroningen” klubunda keçirib.


