Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Belçikanın “Antverpen” klubunun hücumçusu Mixael Frayı heyətinə qatıb.
Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçunun bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüldüyü diqqətə çatdırılıb. “Şalke”nin yeni hücumçusunun Belçika klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununa qədərdir.
Mixael Fray İsveçrənin “Yanq Boyz” klububun yetirməsidir. O, “Lill”, “Lutsern”, “Sürix”, “Fənərbaxça”, “Nürnberq”, “Vasland-Beveren” kimi klubların da formasını geyinib. İsveçrəli forvard 2021-ci ilin iyul ayından “Antverpen” klubunun uğurları üçün çalışır. O, bu komandada 69 oyuna çıxıb, 33 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fray İsveçrənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas milli komandada forma geyinməyib.


