Minsk “Dinamo”sunun baş məşqçisi Aleksandr Şaqoyka Konfrans Liqasının 2-ci raundunda “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, Bakıdakı ilk oyunda 2:4 hesabıyla məğlub olmuş Azərbaycan təmsilçisi səfərdə 1:0 hesabıyla qalib gəlsə də, mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
Şaqoyka matçdan sonra komandasının növbəti mərhələyə adlamasını belə dəyərləndirib:
“Növbəti mərhələyə yüksəldiyimizə görə şadıq. Bu, komanda üçün özünəinam baxımından böyük addımdır. Oyuna gəlincə, ilk hissə bizim üçün fəlakətli oldu. Qol buraxdıq, rəqibin daha bir nenə şansı oldu. Ancaq fasilədən sonra toparlandıq və oyunu bərabərləşdirə bildik. “Neftçi”nin daha çox təzyiq edəcəyini bilirdik. Geri çəkildik, şansımızı gözləməyə qərar verdik. Təəssüf ki, qol vura bilmədik, amma mərhələ adladığımız üçün şadam”.
Maraqlıdır ki, “Neftçi”nin baş məşqçisi Yuri Vernidub bu matçla bağlı nə jurnalistlərə, nə də klubun mətbuat xidmətinə hər hansı açıqlama verib.


