Sarri “Feyenoord”a məğlubiyyətdən sonra futbolçularını tənqid etdi

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Feyenoord”a (1:3) məğlubiyyətini şərh edib.

Arena.az “Football Italia” dərgisinə istinadən Sarrinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“İlk hissədəki çıxışımız çox çəkingən idi, onların aqressivliyi və təzyiqindən qorxduq. İlk hissəni bəyənmədim və daha güclü münasibət göstərəcəyimizi gözləyirdim. Gördüm ki, topla oynamaqdan qorxuruq. Qorxduq, sonra səhv etdik. İki komandanın köklənməsində aydın fərq gördüm. O da aydındır ki, “Feyenoord”da nəbzi təyin edən üç-dörd oyunçu var, bizdə isə yoxdur. Görəcəyimiz çox işimiz var. Belə tezliklə təpgi sadəcə mənasızdır. Biz hər şeyi səhv başa düşürdük”, deyə Sarri təəssüf edib.

“Latsio” üzərində qələbə sayəsində “Feyenoord” 6 xalla “E” qrupunun liderliyini ələ keçirib. Madrid “Atletiko”su 5 xalla 2-ci, “Latsio” 4 xalla 3-cü pillədə qərarlaşıb. Qrupun autsayderi “Seltik”in 1 xalı var.

Xəbəri sosial şəbəkələrdə paylaş: