İngiltərə Premyer Liqasında aşağı liqaya – Çempionşipə düşmək ərəfəsində olan “Şeffild Yunayted” maliyyə pozuntularına görə cəzalanıb.
Arena.az məlumat verir ki, növbəti mövsümə Çempionşipdə başlayacaq bu komanda 4 xalından məhrum ediləcək.
“Müstəqil İntizam Komissiyası (IDC) “Şeffild Yunayted” Futbol Klubunun İngiltərə Futbol Liqasının (EFL) hüquq səlahiyyətlərində olduğu zaman gələn mövsümün əvvəlində 2 xalından məhrum edilməsinə qərar verib. Həmin mövsümün sonuna qədər daha 2 xal silinəcək.
Sanksiyalar 2022/2023 mövsümünə təsir edir, o zaman klub digər komandalara bir sıra ödənişləri gecikdirib. Bu gecikmələrin ümumi müddəti 550 günü keçib”, – İngiltərə Futbol Liqasının saytında yerləşdirilmiş məlumatda deyilir.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının 31-ci turundan sonra “Şeffild Yunayted” 16 xal toplayıb və sonuncu, 20-ci yerdə qərarlaşıb.


