İngiltərənin “Şeffild Yunayted” klubunun yeni baş məşqçisi məlum olub.
Arena.az xəbər verir ki, yeni mövsümdən Çempionşipdə mübarizə aparacaq komandanı Slaviş Yokanoviç çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Serbiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Yokanoviç “Şeffild Yunayted” tarixinə ilk əcnəbi baş məşqçi kimi düşüb.
Premyer Liqada 2020/21 mövsümünü sonuncu sırada bitirən “Şeffild Yunayted” Çempionşipdə mübarizə aparmaq məcburiyyətində qalıb.


