İspaniyanın “Selta” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi Niderlandın “Qroningen” klubundan Yorgen Strand Larseni transfer edib.
Bu barədə sözügdən klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb. Bu transfer üçün Niderland klubuna 11 milyon avro ödənilib.
Yorgen Strand Larsen peşəkar karyerasına Norveçin “Sarpsborq” klubunda başlayıb. O, 2020-ci ildən “Qroningen”in uğurları üçün çalışırdı. Norveçli forvard bu komandada 71 oyuna çıxıb, 27 qol və 9 məhsuldar ötürmə müəllifi olub. Hücumçu Norveçin əsas yığmasında da 1 oyuna çıxıb.
“Selta” hücumameyilli yarımmüdafiəçisi Migel Baezanı da Portuqaliyanın “Rio Ave” klubuna icarəyə verib. İspan futbolçu bu mövsümün sonunadək Portuqaliyada oynayacaq. Madrid “Real”ının yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi, 2020-ci ildən oynadığı “Selta”da 27 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən mövsümün ikinci dövrəsində “Ponferradina”da da icarədə oynayıb.


