“Seltik” “Mançester Siti”nin 19 yaşlı ingiltərəli mərkəz müdafiəçisi Camay Simpson-Pyuzini icarə müqaviləsi əsasında heyətinə qatıb.
Arena.az bu barədə “Seltik”in mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müqaviləsinin müddəti 2026-cı ilin may ayının sonuna qədər nəzərdə tutulub.
Camay Simpson-Pyuzi “Mançester Siti”nin məzunudur.
Geridə qalmış mövsümdə Simpson-Pyuzi “şəhərlilər” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 6 oyun keçirib.
Simpson-Pyuzi İngiltərənin U-18 və U-20 komandalarına cəlb edilib.
“Transfermarkt” internet-portalı 19 yaşlı ingiltərəli mərkəz müdafiəçisinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.



