Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin ikinci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş budəfəki qitə birinciliyinin altıncı oyun günündə daha iki qarşılaşma baş tutub.
B qrupu çərçivəsində Konqo Demokratik Respublikasının yığma komandası Fil Dişi Sahili ilə üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb.
Qrupun digər matçında isə Seneqal yığması Uqanda ilə üz-üzə gəlib. Seneqallılar bu görüşdə minimal hesabla məğlub olublar.
İlk dəfə Əlcəzairin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda mübarizəyə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.
Afrika Millətlər Kuboku
Qrup mərhələsi
18 yanvar
B qrupu
Konqo DR – Fil Dişi Sahili 0:0
Seneqal – Uqanda 0:1
Qol: Karisa, 33.
Xal: Uqanda – 4, Seneqal – 3, Konqo DR – 2, Fil Dişi Sahili – 1.


