Sergey Yakiroviç və Joao Pedro – Avqustun ən yaxşıları

“Hall Siti”nin baş məşqçisi, bosniyalı mütəxəssis Sergey Yakiroviç İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşısı seçilib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Yakiroviçin rəhbərlik etdiyi komanda 2026/2027-ci illər mövsümünün startında 3 turdan sonra 7 xal toplayıb.

“Hall Siti” ilk turda “Mançester Yunayted”i 2:0 hesabı ilə məğlub edib, daha sonra “Koventri Siti”yə 1:0 hesabı ilə qalib gəlib. Komanda üçüncü turda isə “Aston Villa” ilə qolsuz heç-heçə edib.

Bu nəticələr bosniyalı mütəxəssisə İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı məşqçisi mükafatını qazandırıb.

Qeyd edək ki, Sergey Yakiroviç karyerasında ilk dəfə İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi seçilir.

“Çelsi”nin hücumçusu Joao Pedro isə İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu seçilib. 24 yaşlı braziliyalı forvard avqust ayında çempionatda 3 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bu, Joao Pedronun karyerasında Premyer Liqada ayın ən yaxşı futbolçusu mükafatını ilk dəfə qazanmasıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: