Serxio Riko komada olarkən gördüyü yuxusunu danışdı

PSJ-nin ispan qapıçısı Serxio Riko müalicə məqsədilə süni surətdə salındığı koma vəziyyətində olarkən gördüyü yuxusunu danışıb.

Arena.az DAZN dərgisinə istinadən Rikonun müvafiq xüsusda fikirlərini təqdim edir:

“Komada nəyi xatırlayıram? Mən yalnız yuxunu xatırlayıram. İki küçə vardı, mən bir istiqamətdə hərəkət edirdim, gördüm ki, mərhum atam o biri tərəfə gedir. Mən ona səsləndim: “Ata, ata!”, amma mənə cavab vermədi.

Daha sonra bu barədə psixologiya ilə məşğul olan dostlarımla danışdım və onlar mənə dedilər ki, mənim vaxtım hələ çatmayıb”, deyə Riko bildirib.

Xatırladaq ki, cari ilin may ayında ispan qapıçı atından yıxılmışdı. Atın təpik atması nəticəsində Serxionun başına atın dırnağı dəymiş, nəticədə beyninə qan sızmış qapıçı kəllə-beyin zədəsi almışdı. Sonra, yayın əvvəlində Serxio Riko müalicə məqsədilə süni komaya salınmış və sonradan bu vəziyyətdən çıxarılmışdı. İndi 30 yaşlı Serxionun həyatı təhlükədə deyil.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: