Azərbaycanın beynəlxalq dərəcəli köməkçi hakimi Sevda Nuriyeva Avropa Futbol Assosiasiyalarının İttifaqından (UEFA) yeni təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, o, 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci turu çərçivəsində Niderlandda keçiriləcək A Liqasının 5-ci qrupunun oyunlarında köməkçi hakim funksiyasını yerinə yetirəcək.
Nuriyeva martın 14-də İspaniya – Türkiyə, 17-də Niderland – Türkiyə, 20-də isə Türkiyə – Ukrayna qarşılaşmalarında iş başında olacaq.
Oyunların təqvimini diqqətinizə çatdırırıq:
14 mart
İspaniya – Türkiyə
Baş hakim: Joanna Vassalo (Malta)
Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Van Gilst (Niderland)
Dördüncü hakim: Sterre Biylsma (Niderland)
17 mart
Niderland – Türkiyə
Baş hakim: Nanna Lof Andersen (Danimarka)
Baş hakimin köməkçiləri: Anna Şmidt (Danimarka), Sevda Nuriyeva
Dördüncü hakim: Joanna Vassalo (Malta)
20 mart
Türkiyə – Ukrayna
Baş hakim: Joanna Vassalo (Malta)
Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Van Gilst (Niderland)
Dördüncü hakim: Sterre Biylsma (Niderland)


