Sevilyada dörd klubun tərəfdarları arasında dava

Sevilyada dörd klubun tərəfdarları arasında baş vermiş dava-dalaş nəticəsində bir azarkeş həbs edilib, digəri isə ciddi xəsarət alıb.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Hadisə ötən gün axşam saatlarında baş verib. Bildirilir ki, mərəkə “Betis” klubunun ultraslarından birinin “Barselona” və Madrid “Atletiko”su ultras təmsilçiləri ilə doğum gününü qeyd edərkən baş verib. Bayram başlayandan bir müddət sonra radikal “Sevila azarkeşləri qəfil peyda olub və dava salıblar. Münaqişə nəticəsində 4 nəfər saxlanılıb, 1 nəfər isə ağır yaralanaraq yerli xəstəxanaya təxliyə edilib. Həmçinin, davanın dörd iştirakçısı xuliqanlıq və sağlamlığa xəsarət yetirməkdə ittiham ediliblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: