Slavko Vinçiç DÇ-2026-nın finalını idarə etdi, karyerasını bitirdi

Futbol üzrə dünya çempionatının (DÇ-2026) final oyununu idarə etmiş sloveniyalı baş hakim Slavko Vinçiç peşəkar karyerasını başa vurub.

Arena.az xəbər verir ki, bu barədə Sloveniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

46 yaşlı referi dünya çempionatının finalında İspaniya ilə Argentina arasında keçirilmiş qarşılaşmanı idarə etmişdi. İspaniya millisi əlavə vaxtda vurduğu qolla 1:0 hesablı qələbə qazanaraq dünya çempionu olmuşdu.

Vinçiç həmin görüşdə ikinci hissənin sonlarında argentinalı Entso Fernandesə ikinci sarı vərəqəni göstərərək onu meydandan qovmuşdu. Əlavə vaxtda isə VAR-ın müdaxiləsindən sonra Mikel Merinonun Nikolas Otamendinin ayağına basdığı müəyyənləşdirildiyi üçün İspaniya millisinin vurduğu qol ləğv edilmişdi.

Sloveniyalı hakim 2026-cı il dünya çempionatında ümumilikdə 4 oyunu idarə edib.

Slavko Vinçiç 2010-cu ildən FIFA referisi statusuna malik idi. O, 2022-ci ildə Avropa Liqasının finalında “Ayntraxt” (Frankfurt) – “Reyncers” matçını idarə etmişdi. Almaniya təmsilçisi həmin oyunda penaltilər seriyasında qalib gələrək kuboku qazanmışdı.

Vinçiç 2024-cü ildə UEFA Çempionlar Liqasının finalında da baş hakim olub. Həmin görüşdə “Real” Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edərək tarixində 15-ci dəfə turnirin qalibi adını qazanmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: