UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək Slovakiya – Azərbaycan oyununun təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, qarşılaşma Polşadan olan hakimlər briqadasına tapşırılıb.
Oyunu FIFA referisi Damian Silvestrjak idarə edəcək. Ona yan xətt hakimləri Pavel Sokolniçki və Adam Karaseviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martsin Koçanek yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 8-də təşkil olunacaq Slovakiya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
8 sentyabr
Slovakiya – Azərbaycan
Baş hakim: Damian Silvestrjak
Baş hakimin köməkçiləri: Pavel Sokolniçki, Adam Karaseviç
Dördüncü hakim: Martsin Koçanek (Hakimlər briqadası Polşadandır)
Koşitse Futbol Arenası. Saat 20:00.


