Fransanın “Oban Air Bel” klubunun cinah hücumçusu Sofian Budraa bundan sonra “Səbail” komandasının uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubu sosial şəbəkə hesablarında məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Transferin digər detalları açıqlanmayıb.
Sofian Budraa əslən Əlcəzairdən olsa da, Fransada dünyaya göz açıb. O, futbola da bu ölkəninin “Valansyen” klubunda başlayıb. Bir müddət “Versal”da da oynamış sol cinah vingeri 2024-cü ildən “Oban Air Bel”in formasını geyinirdi. O, Fransanın 3-cü Liqasında mübarizə aparan bu komandanın heyətində 35 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
Budra Əlcəzairin U-21 yığmasına dəvət alsa da, forma şansı qazanmayıb.
Xatırladaq ki, “Səbail” də hazırda Azərbaycan Birinci Liqasında mübarizə aparır. Qubanı təmsil etməyə hazırlaşan komanda yeni mövsümün ilk turunda “Xankəndi” ilə “sülh bağlayıb” – 1:1.


