Son Hın Min tarixi nailiyyətə imza atdı

Avropa Liqasının finalında “Mançester Yunayted” üzərində qələbə (1:0) “Tottenhem”in kapitanı və hücumçusu Son Hın Min üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, cənubikoreyalı hücumçu, futbolçu karyerası ərzində ilk klub qənimətini qazanıb.

Həmçinin Son avrokuboklar tarixində milli nailiyyəti ilə diqqət çəkib. Belə ki, Son cənubi Koreya Respublikası tarixində, avrokuboklarada komandanın kapitanı olaraq çıxış edib qəniməti qazanmış ilk futbolçu olub.

“Tarix yazırıq” – “Tottenhem”in mətbuat xidməti Son Hın Minin uğurunu məhz belə şərh edib.

Son Hın Min “Tottenhem”ə 2015-ci ilin avqust ayında 20 milyon avro məbəğ müqabilində Leverkuzen “Bayer”indən tamhüquqlu əsasda keçib. “Sonni”nin “mahmızlar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Son kapitanı olduğu “Tottenhem”in heyətində bütün yarışlarda 46 oyunda 11 qol vurub, 12 məhsuldar ötürmə verib.
“Sonni”nin “mahmızlar”ın heyətində çıxışının ümumi mənzərəsi 454 oyun, 173 qol və 101 məhsuldar ötürmədən ibarətdir.

Son hazırda kapitanı olduğu, 2010-cu ilin dekabr ayında debüt etdiyi Cənubi Koreya Respublikası yığmasının heyətində 133 oyun keçirib, 51 qol vurub, 23 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.