Son Hın Minin atası cərimələndi – Səbəb

“Tottenhem”in və Cənubi Koreya yığmasının vingeri Son Hın Minin atası Son Un Çjun yolverilməz əməlinə görə cərimələnib.

Arena.az “Yonhap” dərgisinə istinadən məlumat verir ki, Son Un Çjun öz akademiyasının yeniyetmə futbolçusu ilə sərt davranışda ittiham edilib.

Onunla birlikdə eyni akademiyanın daha iki məşqçisinə də cərimə kəsilib.

Mənbənin məlumatına görə, Çxunçxon bölgə prokurorluğu məbləği açıqlanmayan pul cəriməsi ilə yanaşı, təlimçilərin, uşaqlara qarşı zorakılığın qarşısının alınmasına yönəlmiş təlim proqramı keçmələri haqda hökm verib.

Bildirilir ki, keçən ilin martında akademiya oyunçularından birinin valideynləri polisə bildiriblər ki, bu məşqçilər, məşqdə yol verdiyi səhvlərə görə yeniyetmələrə qarşı nalayiq ifadələr işlədirlər. Bundan əlavə, valideynlər oğlunun Yaponiyada təlim-məşq toplanışı zamanı künc bayrağı ilə vurulduğunu da iddia ediblər.