“Zirə”nin Kot-d’İvuardan olan müdafiəçisi Stefan Akka Rumıniya mətbuatına açıqlamasında bu ölkədə keçirdiyi illəri xatırlayıb.
Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu “gsp.ro” saytına açıqlamasında hazırkı durumunu da dəyələndirib.
Akka Bakı barədə də xoş fikirlər səsləndirib: “Zirə”də işlərim yaxşı gedir, xoşbəxtəm. Əksər matçlarda iştirak edirəm və çempionatda birinci yerdəyik. Bakı gözəl və ucuz şəhərdir. Ancaq düşünürəm ki, Krayova Bakıdan da ucuzluqdur”.
Xatırladaq ki, “Zirə”yə bu yay keçən Stefan Akka paytaxt təmsilçisində 7 oyun keçirib. O, 2013-cü ildə “Krayova 1948”, 2014-2017 və 2019-2021-ci illərdə isə “Universitatya” (Krayova) klublarının formasını geyinib.
Təcrübəli müdafiəçinin “Zirə”dən əvvəlki sonuncu iş yeri İsrailin “Sektzia Ness Ziona” klubu olub. O, daha öncə Türkiyənin “Ərzurumspor”, İsrailin “İroni Kiryat Şmona”, İtaliyanın “Leqnaqo Salus”, “Belluno” klublarının da şərəfini qoruyub.


