Ştefan Kunts “Hamburq”da – Rəsmi

Futbol üzrə Türkiyə milli komandasının sabiq baş məşqçisi Ştefan Kunts bundan sonra “Hamburq”u çalışdıracaq.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

61 yaşlı mütəxəssis bu postda Yonas Boldu əvəzləyib.

Qeyd edək ki, Hamburqun eyniadlı təmsilçisi hazırda 2-ci Bundesliqada mübarizə aparır. Komanda geridə qalmış 2023/2024 mövsümünü 58 xalla 4-cü pillədə başa vurub.

Xatırladaq ki, Ştefan Kunts 2021-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabrına qədər Türkiyə yığmasına rəhbərlik edib. O, “ay-ulduzlular”ı 20 oyuna çıxıb. Qardaş ölkə yığması bu görüşlərdə 12 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

61 yaşlı Kunts daha öncə Almaniyanın U-21 və əsas yığmalarına, həmçinin aşağı liqalarda çıxış edən bir neçə komandaya rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: