“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının 12-ci turunda “rossoneri”nin “Leççe” ilə oyununu (2:2) şərh edib.
Arena.az italyan mütəxəssis bu barədə fikirlərini təqdim edir:
“Mən tamamilə razı deyiləm. Yenə də qalib gələ biləcəyimiz oyunu qazana bilmədik. Yunus Musanı ona görə qoydum ki, o, oyunun sürətini saxlamaq üçün daha münasibdir. 2:0-a çatanda yüksək səviyyə nümayiş etdirdik və oyuna nəzarəti davam etdirməli idik. Amma sonda bizə PSJ ilə oyunda olduğu kimi qol vurdular”, deyə Pioli narazılıqla bildirib.
Xatırladaq ki, “Milan” iki top fərqi ilə üstün olduğu oyunda qələbəni əldən verərək, 2 vacib xal itirib. Hazırda “Milan” 12 oyundan 23 xalla A Seriyasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Eyni zamanda Stefano Pioli “Milan”ın heyətində bir ucdan baş alıb gedən “zədə tilsimi”ndən söz açıb. Bildirilir ki, “rossoneri”nin heyətində 16 futbolçu əzələ zədəsindən əziyyət çəkir:
“Bu doğrudur ki, bizim bu cür zədələrimiz çoxdur və mən bunu izah edə bilmirəm. Bu mərhələdə bu, sadəcə uğursuzluq ola bilməz. Mütəmadi oynamaq səbəbindən fiziki və əqli gərginliyin səviyyəsi artır və bu, oyunçulara təsir edə bilər”, – “Football Italia” müvafiq fəsada Piolinin ehtimalını sitat gətirir.


