“Milan”ın baş məşqçisi Stefano Pioli mütəxəssislər və azarkeşlər tərəfindən ona ünvanlanmış tənqidlərlə bağlı fikirlərini paylaşıb.
Arena.az “Milan News” dərgisinə istinadən, Piolinin bu barədə fikirlərini diqqətinizə çatdırır:
“Tənqid məni narahat etmir və həyəcanlandırmır. İlk gündən bütün diqqətimi işə və oyunçuların ən yaxşı surətdə çıxış etməsinə yönəltmişəm. Biz böyük klubuq və nəticələr imkanlarımıza uyğun gəlməyəndə bizi tənqid edirlər. Bu, mənim gücümü əlindən alan bir şey deyil. Biz təkmilləşdirmə üzərində işləməyə çalışırıq, mən oyunçularda böyük məsuliyyət görürəm”, deyə Stefano Pioli bildirib.
Hazırda “Milan” İtaliya A Seriyasında 20 turdan sonra 42 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. A Seriyasına 51 xalla “İnter” başçılıq edir. Avrokuboklara gəlincə, “Milan” Çempionlar Liqasının qrup mərhələsini adalaya bilməyib. Stefano Piolinin yetirmələri qrupda 3-cü olublar və mübarizəni Avropa Liqasında davam etdirəcəklər.


