“Ştutqart” 18 yaşlı serb sağ cinah hücumçusu Lazar Yovanoviçi “Srvena Zvezda”dan tamhüquqlu əsasda heyətinə qatıb.
Arena.az bu barədə “Ştutqart”ın rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid alman klubuna 5 milyon avro məbləğ müqabilində başa gəlib.
Lazar Yovanoviç “Voyvodina”nın məzunudur. Hücumçu, karyerası ərzində “Srvena Zvezda”da və Belqrad OFK-da (icarə əsasında) çıxış edib.
2024/2025-ci illər mövsümünün birinci yarısında Yovanoviç “Srvena Zvezda”da üçün 5 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Mövsümün ikinci yarısını isə Yovanoviç OFK-da icarədə keçirib və 15 oyuna 4 qol vurub, 2 məhsuldar ötürmə verib.
Lazar Yovanoviç Serbiyanın U-15, U-16, U-17, U-18, U-19 və U-21 yığmalarına cəlb edilib, əsas yığmaya isə hələ dəvət almayıb.
Yovanoviç “Srvena Zvezda” ilə Serbiya çempionluğunu (2024/2025) qazanıb.
“Transfermark” internet-portalı 18 yaşlı serb sağ cinah hücumçusunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.



