“Sumqayıt” Almaniya klubuna böyük hesabla uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, sözügedən komanda Almaniyanın “Berliner AK” kollüktivi ilə qarşılaşıb.

Kifayət qədər məhsuldar alınan matçda qapılara bütövlükdə 7 qol vurulub. Sumqayıt təmsilçisi bu oyunda böyük hesabla uduzub. “Sumqayıt”ıın qollarını Tellur Mütəllimov və Murad Xaçayev rəqib qapısından keçirib.

Xatırladaq ki, sumqayıtlılar Antalyadakı ilk yoxlama oyununda Polşa “Yagelloniya”sı ilə heç-heçə etmişdilər – 0:0.

Yoxlama oyunu
19 yanvar

Sumqayıt – Berliner 2:5

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: